Estoniyanın xarici işlər naziri Urmas Paet Bakıda səfərdədir. Bu barədə bazar ertəsi Azərbaycan XİN mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, U.Paet səfər çərçivəsində azərbaycanlı həmkarı Elmar Məmmədyarov, həmçinin prezident İlham Əliyevlə görüşəcək. Bundan əlavə, çərşənbə axşamı estoniyalı nazir parlamentin vitse-spikeri Bahar Muradova, yanacaq və energetika naziri Natiq Əliyevlə görüşəcək. Qonaq İçərişəhərə gəzinti ilə səfərini başa vuracaq.
Səfər oktyabrın 30-da başa catacaq.