RF prezidenti Vladimir Putin xarici sərhədlərdə böhranlı vəziyyətlərin yaranması və nizamlanması (aradan qaldırılması) zamanı Birlik ölkələri sərhəd və ya başqa idarələrin qarşılıqlı fəaliyyətinin təşkili haqqında Əsasnaməni təsdiqləyən protokolun MDB ölkələri ilə imzalanması barədə Rusiya hökumətinin təklifini təqdir edib.
Prezidentin sərəncamına əsasən protokolun imzalanmasına dair danışıqlar Rusiya FTX ilə aparılacaq. V.Putin sənədin yüksək səviyyədə imzalanmasını məqsədəuyğun hesab edib.
Dövlət başçısının sərəncamı bazar ertəsi Kremlin rəsmi saytında yerləşdirilib.