Maliyyə Nazirliyi noyabrın 19-na qədər Bakı Fond Birjasında 4 mln. 526,6 min manat məbləğində dövlət qısamüddətli istiqrazların (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə birjadan məlumat verilib.
200 manat nominalında 22,633 min istiqrazın tədavül müddəti 157 gün, kağızların ödəmə tarixi 3 aprel 2008-ci ildir.
DQİ-nin emissiya həcminin 20%-dən çox olmayan qeyri-rəqabətli müraciətlər hərraca buraxılır.
DQİ-nin yerləşdirilməsi üzrə hərraclar Maliyyə Nazirliyi və BFB arasında 2002-ci il avqustun 29-da bağlanmış saziş əsasında keçirilir.
2007-ci il ərzində nazirlik 200 mln. manat məbləğində DQİ yerləşdirməyi planlaşdırır.