DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin apardığı əməliyyat nəticəsində saxlanılan narkomandan vəhabiliyi təbliğ edən materiallar aşkarlanıb.
DİN mətbuat xidmətindən verilən xəbərə görə, ötən bazar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Siyəzən rayonunda yerli polislə birgə Sedan kənd sakinləri Əbdülməni və Məmməd Qasımovları saxlayıblar. Qeyd edilir ki, birincidən 90 qr. tiryək və vəhabiliyi təbliğ edən materialların olduğu kaset, ikinci qardaşdan isə dini ədəbiyyat götürülüb.