Amerikalı konqresmen Robert Kramer bu arada Azərbaycan üzrə işçi qrupa qoşulduğunu bəyan edib. Bu barədə Azərbaycan XİN-nin mətbuat xidmətinin məlumatında bildirilir.
RKramer 1992-ci ildən Konqresin Nümayəndələr Platasında Alabama ştatının təmsil edir, demokratdır və institutlar və kəşfiyyat məsələləri üzrə komitənin üzvüdür. Konqresmen R.Kramer eləcə də bu yaxınlarda Konqresdə yaradılan terrorizm üzrə işçi qrupun həmtəsisçisi və həmsədridir.
Konqresmen R.Kramerlə Amerikanın qanunvericilik orqanlndakı Azərbaycan işçi qrupunun üzvlərinin sayı 26 nəfərə çatıb.