Bakının hüquq-mühafizə orqanları Suraxanı rayonunda vəhhabi təriqəti ilə əlaqəsi olan Məmməd Tağıyev adlı bir şəxsi saxlayıb. Bu barədə cümə axşamı Lider kanalı məlumat yayıb.
M. Tağıyev noyabrın 8-nə keçən gecə şübhəli şəxs qismində saxlanılıb. Axtarış zamanı onun üstündən dini ədəbiyyat və ona müvafiq disk və kassetlər aşkarlanıb. O, dindirilmə zamanı internet-klubdan gəldiyini və ərəb dilində olan materialları internet saytlarından çap elədiyini bildirib.
М.Tağıyev DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə verilib. Araşdırma zamanı Neftçala rayon sakini olan M.Tağıyevin vəhhabi təriqətinin üzvü olduğu və Bakıda kirayə tutduğu mənzildə yaşadığı məlum olub.