2007-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda qaz hasilatı 8 mlrd. 128,96 mln. kubmetr təşkil edib ki, bu da 2006-cı ilin analoji dövrü ilə müqayisədə 45,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən məlumat verilib.
“Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi çərçivəsində (operator BP-Azerbaijan) ARDNŞ 2 mlrd. 141,7 mln. kubmetr qaz alıb. Bu, 2006-cı ilin yanvar-oktyabr aylarına olan göstəricidən 8,3% çoxdur. ARDNŞ-in “Şahdəniz” yatağından (işlənmə operatoru BP-Azerbaijan) aldığı qazın həcmi isə 1 mlrd. 167,32 mln. kubmetr təşkil edir.
2007-ci ilin yanvar-oktyabr aylarında ARDNŞ-in öz yataqlarından qaz hasilatı 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə 35,4% artıb və 4 mlrd. 819,85 mln. kubmentr təşkil edib. ARDNŞ-in neft-qazçıxarma idarələri 4 mln. 699,9 mln. kubmetr qaz hasil edib ki, bu da ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 35,8% çoxdur. Azərbaycanın quru ərazisində yerləşən yataqları işləyən birgə müəssisələr və əməliyyat şirkətləri tərəfindən qaz hasilatı 119,95 mln. kubmetrə bərabər olub. Bu, 2006-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə 19,8% çoxdur.
ABƏŞ-in “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənməsi çərçivəsində hasil etdiyi səmt qazı Azərbaycana pulsuz verilir. Bundan başqa, Azərbaycan “Şahdəniz” yatağının işlənməsi çərçivəsində də qaz alır.
Azərbaycanın quru ərazisində neft və qaz hasilatı ilə cəmi 6 ƏŞ - “Salyan Oil Ltd” (SOL, “Kürsəngi” və “Qarabağlı” yataqlarını işləyir), “Karasu Oрerating Comрany” (KOC –“Kəlaməddin” və “Mişovdağ”), “Shirvanoil” (“Şimali Gürovdağ”, “Mərkəzi Gürovdağ” və “Cənubi Gürovdağ”), “Gobustan Operating Company” (“Cənub-Qərbi Qobustan”), “Binagadi Oil” (Binəqədi) və “AzShengli” (Pirsaat) və 2 BM- “ANSHAD Petrol” Azərbaycan-Malayziya-Türkiyə şirkəti (Neftçala”) və “AzGerneft” Azərbaycan –Almaniya şirkəti (“Ramana”) məşğul olur.