Azercell Telekom mobil rabitə operatoru “051” kodlu yeni nömrələr tətbiq edib. Bu barədə şirkətin prezidenti Halim Atəş cümə axşamı kodun təqdimatı zamanı bəyan edib.
"Azercell Telekom fəaliyyətə 1996-cı ildə “050” kodu ilə başlayıb.
"051” kodlu əlavə nömrələr BM-in abunəçi bazasının artması ilə əlaqədar tətbiq edilib. Hazırda Azərbaycanda bütün mobil rabitə abunəçilərinin 73%-i (2,8 mln.) Azercell-ə məxsusdur və gələcəkdə onların sayı 3 mln-a çatacaq", -deyə H.Atəş bildirib.
O qeyd edib ki, 1996-cı ilin dekabrından şirkət Azərbaycana $581,5 mln. sərmayə qoyub. Azercell şəbəkəsi ölkə ərazisinin 78%-ni əhatə edir.
Azercell Telecom BM-in xarici investoru Niderlandın Fintur holdinqinin iştirak payı 64,3%, dövlətin (rabitə Nazirliyinin şəxsində) iştirak payı isə 35,7%-dir.
Bundan başqa, Bakcell şirkəti və Azerfon də mobil rabitə xidmətləri göstərir.