Finlyandiya Dağlıq-Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Mİnsk qrupunun fəaliyyətini dəstəkləməyə hazırdır. Bu barədə jurnalistlərə Finlyandiya XİN-nin rəhbəri İlkka Kanerva bildirib.
Cümə axşamı İ. Kanerva Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.
"Təəssüf ki, Azərbaycan, Moldova və Gürcüstandakı münaqişələrin nizamlanması üzrə aparılan sülh danışıqları heç bir nəticə verməyib. Biz tərəfləri daha aktiv dialoqa çağırmalıyıq və mən gələcək sədr kimi buna yardım etməyə hazıram. Bundan əlavə mən ATƏT-in Minsk qrupunun Dağlıq-Qarabağ münaqişəsinin həlli üçün atdığı istənilən addımı dəstəkləyəcəm”,- deyə İ. Kanerva bildirib.
Cümə axşamı E.Məmmədyarov Çexiyanın xarici işlər naziri Karel Şvartsenberqlə də danışıqlar aparıb.
"Moldova, Azərbaycan və Gürcüstandakı münaqişələr ölkə liderlərinin diqqətini siyasi və iqtisadi inkişafdan yayındırır. ATƏT bu münaqişənin həllində irəliləyişin olması üçün mövcud olan bütün imkanlardan istifadə etməlidir”,- deyə K. Şvartsenberq bildirib.