Türkiyə hərbi-hava qüvvələri bazar günü Şimali İraqdakı PKK döyüşçülərinin mövqelərinə yeni hava hücumu həyata keçirib. 3 bombardmançı təyyarə İrbil şəhərinin şimalında dağlıq əraziyə havadan zərbələr endirib. Bu barədə regional hökumətin nümayəndəsi Cabbar Yavər bazar ertəsi məlumat verib.
Onun sözlərinə görə, bombardman nəticəsində mülki əhali arasında itki olmayıb. Belə ki, onlar Türkiyə HHQ-nin hava hücumları ilə əlaqədar həmin rayondan köçürülüb. C.Yavər kürd üsyançıları arasında itkinin olub-olmadığını dəqiqləşdirməyib.