Pakistanın təhlükəsizlik qüvvələri ixtişaş iştirakçılarına qarşı qəti tədbirlər görməlidir. Bu barədə ölkə prezidenti Pərviz Müşərrəf bəyan edib.
Pakistanda ixtişaşlar cümə axşamı müxalifət lideri Bənazir Bhuttonun öldürülməsindən sonra başlayıb."Oğurluq və qarətlə məşğul olmaq üçün vəziyyətdən istifadə etməyə çalışan elementlərə qarşı qəti şəkildə hərəkət etmək lazımdır. Vətəndaşların təhlükəsizliyini təmin etmək üçün hər cür tədbir görmək vacibdir", - deyə prezident şənbə günü güc strukturlarının rəhbərlərilə müşavirədə bildirib.