Gürcüstanın xarici işlər naziri Qela Bejuaşvili Gürcüstanın Alyansa üzv olması ilə əlaqədar Rusiyanın NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozinin narahatçılığına son qoymaq niyyətindədir.
“Mən Roqozinlə şəxsən görüşəcəm və onu Gürcüstanın NATO-ya üzv olmasının Rusiya üçün heç bir təhlükə olmadığına inandıracam”,- deyə Q. Bejuaşvili çərşənbə axşamı Gürcüstan Təhlükəsizlik Şurasının iclası öncəsi bildirib. Xatırladaq ki, D.Roqozin “İnterfaks” agentliyinə müsahibəsində Gürcüstan prezidentinin bu ölkənin NATO-ya qoşulmaq üçün referendum keçirməsini böyük siyasi səhv adlandırmışdı. “Gürcüstanın NATO-ya qoşulması haqqında referendumun keçirilməsi fikrinin özü böyük siyasi səhvdir”,- deyə o bəyan edib.