OPEK fevralın 1-də keçiriləcək iclasında neft hasilatının artırılmasına dair qərar qəbul etməyəcək, gələcəkdə isə təşkilat ixracın azaldılması imkanlarını nəzərdən keçirə bilər. Bu barədə Qətərin energetika naziri Abdulla ben Xaməd əl-Ətiyyə bəyan edib.
"İndi ixrac kifayət qədərdir, bəzi yerlərdə hətta artıqlıq müşahidə olunur, - deyə nazir Bloomberg agentliuyinə müsahibəsində bildirib. – Ona görə də hasilatın artırılması ilə bağlı məsələnin gündəlikdə duracağını düşünmürəm".
O bəyan edib ki, əgər “dünya iqtisadiyyatı ressesiyaya doğru irəliləyərsə” təşkilat hasilatın azaldılması imkanlarını nəzərdən keçirə bilər. İqtisadi enmə eünerjidaşıyıcılarına tələbatın azalmasına gətirib çıxara bilər.
Bloomberg-in rəyini soruşduğu 32 analitikdən 29-u OPEK-in hasilatı cari səviyyədə, yəni sutkada 29,67 mln. barel səviyyəsində saxlayacağını güman edir. Bundan əvvəl İran, BƏƏ və Ekvador nazirləri də bazarın ixracın artırılmasına ehtiyacı olmadığını bəyan etmişdilər.
"OPEK statistikanı çox və çox diqqətlə öyrənməlidir. Çünki biz sürprizlər və 1997-ci ilin təkrarlanmasını istəmirik. O zaman biz hasilatı artırdıq, bir neçə həftədən sonra isə Asiya iqtisadiyyatı çökdü və neftin bir barelinin qiyməti $19-dan $7-dək düşdü", - deyə qətərli nazir bildirib.