Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri Əli Həsən Əhməd Cəfərini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Prezidentin İcra Aparatından məlumat verilib.
Görüşdə İ. Əliyev Ə. H. Cəfərin səfir kimi ölkəmizdə fəaliyyət göstərdiyi dövrdə iki ölkə arasındakı əlaqələrin siyasi və iqtisadi sahələrdə uğurla inkişaf etdiyini bildirib. İ. Əliyev dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xidmətlərinə görə Ə. H. Cəfəri “Şöhrət” ordenilə təltif edib.
Bundan əlavə, ölkə başçısı Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovskiyə “Şöhrət” ordeni təqdim edib. Sərəncamda A. Şarovskinin teatr sənətinin inkişafındakı xidmətlərinə görə bu mükafatla təltif edildiyi qeyd edilib.