Vergilər Nazirliyi 2008-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 974 mln. 516,7 min manat həcmində vergi və ya rüsüm köçürüb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 74,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Vergilər Nazirliyi yanvar-fevral aylarında dövlət büdcəsinə vergi və rüsum köçürülməsi üzrə plan tapşırıqları 111,5% yerinə yetirib. Nazirliyin məlumatına görə, 2008-ci ilin yanvar-fevral aylarında mənfəət vergisi üzrə daxilolmalar 601 mln. 988,1 min (plan tapşırığı 125,5% yerinə yetirilib), ƏDV üzrə 143 mln. 436,4 min manat (100,8%), gəlir vergisi üzrə 81 mln. 554,7 min. (74,8%) təşkil edib. Bununla yanaşı, mədən vergisi üzrə yığım 18 mln. 234,7 min manat (92,4%), aksizlər üzrə 52 mln. 663 min (100,2%), əmlak vergisi 21 mln. 849,4 min (137,5%), torpaq vergisi 10 mln. 971,4 min (252,7%) təşkil edib.
Hesabat dövründə sadələşdirilmiş vergi üzrə büdcəyə daxilolmalar 10 mln. 567 min (115,2%), yol vergisi 6 mln. 482 min (170,8%) təşkil edib.
“Dövlət rüsumu” maddəsi üzrə yığımlar 7 mln. 692,5 min (101,4%), “Digər daxilolmalar” maddəsi üzrə 19 mln. 77,5 min manat (63,9%) təşkil edib.
Xəbər verildiyi kimi, 2008-ci ildə vergi orqanları dövlət büdcəsinə 5 mlrd. 19 mln. manat məbləğində vergi və rüsum köçürülməsini təmin etməlidir.