Ermənistanın Xarici İşlər Nazirliyi ATƏT-in Minsk Qrupu həmsədrlərindən Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünün keçirilməsilə bağlı hələlik heç bir təklif almayıb. Bu barədə “İnterfaks” agentliyinə Ermənistan XİN mətbuat katibi vəzifəsinin icraçısı Tiqran Balayan bəyan edib.
Bir gün əvvəl Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Vaşinqtonda bəyan edib ki, “təqribən bir aydan sonra Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü keçiriləcək. Onlar prezidentlərin danışıqlarını hazırlamalı olacaqlar”.Amerikalı həmsədr həmçinin bildirib ki, iki ölkə prezidentlərinin görüşü “bir ayın işidir”. Bununla əlaqədar olaraq T. Balayan müvafiq təklifin Ermənistan XİN-ə daxil olmadığını bildirib.