Təhsil Nazirliyi birinci sinif şagirdləri üçün dərslikləri və müəllimlər üçün dərs vəsaitlərini milli kurrikulum əsasında hazırlayacaq. Bu barədə təhsil naziri Misir Mərdanov məlumat verib.
“Milli kurrikulum əsasında birinci siniflər üçün 13 adda dərslik, müəllimlər üçün 21 adda dərs vəsaiti, şagirdlər üçün 15 adda iş dəftəri hazırlanacaq”,-deyə M.Mərdanov cümə axşamı 2008-2009-cu illərdə ümumtəhsil məktəblərinin birinci sinifləri üçün dərsliklərin hazırlanmasına həsr olunmuş müşavirədə bildirib.
Nazir həmçinin deyib ki, həmin dərsliklərin və dərs vəsaitlərinin qiymətləndirilməsi Elmira Kazımzadənin rəhbərlik etdiyi Dərsliklərin Qiymətləndirilməsi Şurası tərəfindən həyata keçiriləcək.