Azərbaycan yaxın illərdə su təchizatı sisteminin yaxşılaşdırılmasına investisiya qoyuluşlarını davam etdirəcək. Prezidentin İcra Aparatından “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, bu barədə İlham Əliyev çərşənbə axşamı respublikada su təchizatı ilə bağlı vəziyyətə həsr olunmuş müşavirədə bəyan edib.
O bildirib ki, Azərbaycanın enerji təhlükəsizliyi təmin olunub, qazlaşdırma prosesi sürətlə gedir və nəticədə əhalinin 80 faizi təbii qazla təmin olunub. Bundan başqa, avtomobil yolu infrastrukturunun və su təchizatının yaxşılaşdırılması sahəsində fəal işlər görülür.
Dövlət başçısı qeyd edib ki, hazırda Bakı sakinlərinin 40%-i suyu fasilələrlə alır.
O əlavə edib ki, vəziyyətin yaxşılaşdırılması məqsədilə Oğuz-Qəbələ-Bakı su kəməri çəkili və onun istismara verilməsindən sonra Bakıda su problemi həll ediləcək.
Bundan əlavə, artıq 50 kənddə sutəmizləyici modul qurğular quraşdırılıb və daha 50 kənddə bu cür qurğular quraşdırılacaq. Bu tədbirlər nəticəsində 700 min nəfər təmiz içməli su ilə təmin olunacaq.
İ.Əliyev bildirib ki, ölkənin iqtisadi potensialı bu sahədə olan problemləri həll etməyə imkan verir. O qeyd edib ki, dövlət bundan sonra da bu sahədə infrastrukturun yaxşılaşdırılmasına vəsait qoyacaq. Prezident həmçinin Bakının supaylayıcı şəbəkələrinin yenidən qurulmasının vacibliyini də nəzərə çatdırıb.