Nazirlər Kabineti “Bakı Soveti” metro stansiyasının adının dəyişdirilməsi barədə qərar qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Qərara əsasən Bakı metropoliteninin “Bakı Soveti” stansiyasının adı dəyişdirilərək “İçərişəhər” adlandırılıb.