2008-ci ilin I rübündə MDB ölkələri arasında istehlak bazarında ən yüksək inflyasiya Ukraynada qeydə alınıb. Burada qiymətlər 9,7% artıb. Bu barədə MDB Dövlətlərarası Statistika Komitəsi xəbər verir.
Yanvar-mart aylarında Azərbaycanda (8%) və Qırğızıstanda (6,1%) da inflyasiyanın səviyyəsi yüksək olub.
Üç ayın yekunlarına görə, Rusiya və Ermənistanda inflyasiya 4,8%, Moldova və Belarusda 4,1%, Gürcüstanda 3,4%, Tacikistanda 2,6%, Qazaxıstanda 2,5% təşkil edib.
Yanvar-mart aylarında MDB ölkələri arasında yalnız Ermənistanda qiymətlər aşağı düşüb (0,2%).
Azərbaycan və Qazaxıstan istisna olmaqla bütün ölkələrdə inflyasiyanın səviyyəsi 2007-ci ilin 3 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə yüksək olub.
MDB Statistika Komitəsi Türkmənistan və Özbəkistanda qiymətlərin dinamikası barədə məlumata malik deyil.