Mərkəzi Seçki Komissiyası (MSK) 2008-ci il üçün seçicilərin siyahısını təsdiqləyib.
Çərşənbə axşamı keçirilən iclasda MSK-nın “Seçkilər” İnformasiya Mərkəzinin rəhbəri Ramiz Hüseynov bildirib ki, seçici siyahılarının dəqiqləşdirilməsi nəticəsində Azərbaycanda səs hüququna malik 4 mln. 834,584 min vətəndaş var. O qeyd edib ki, həmin şəxslərin hamısı 4994 seçki məntəqəsində qeydiyyata alınıb. MSK üzvlərinin səs verməsi nəticəsində 15 səs “lehinə”, 1 səs “əleyhinə” olmaqla seçki siyahıları təsdiqlənib.
MSK sədri Məzahir Pəhanov seçici siyahılarının dəqiqliyinin yüksək səviyyəsini qeyd edib.“Bu il seçki siyahılarının dəqiqləşdirilməsi daha məsuliyyətli aparılıb. Deyə bilərəm ki, ölkədə seçici siyahılarının dəqiqliyi beynəlxalq standartlara tam uyğundur, bəzi hallarda hətta onları ötür”,-deyə M.Pənahov bildirib. O, Azərbaycanın siyasi qüvvələrini seçki siyahılarının dədiqliyi məsələsilə bağlı ajiotaj yaratmamağa çağırıb, bunun perspektivsiz iş olduğunu bildirib.
“Əleyhinə” səs verən MSK üzvü Akif Qurbanov seçici siyahılarının təsdiqlənməsinin təxirə salınmasını və rəqəmlərin yenidən yoxlanmasını təklif edib. O, təklifini onunla əsaslandırıb ki, bu göstəricilərin analizinin nəticələri böyük fərqi üzə çıxarıb. A.Qurbanovun sözlərinə görə, Azərbaycanda seçicilərin sayı “Seçkilər” İnformasiya Mərkəzinin rəhbərinin göstərdiyi rəqəmdən xeyli aşağıdır.