İyunun 20-də jurnalistlərin V qurultayında Azərbaycan mətbuatının problemləri və onların həlli yolları müzakirə olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mətbuat Şurasının sədri Əflatun Amaşov bazar ertəsi məlumat verib.
«Jurnalistlərin qurultayı iyunun 20-nə təyin olunub. Qurultay zamanı Azərbaycan mətbuatının bu günki vəziyyəti, mövcud problemlər, onların mümkün həlli yolları müzakirə olunacaq»,- deyə Ə. Amaşov bildirib. O, bundan əlavə qurultayda təftiş komissiyasının hesabatının dinləniləcəyini, Mətbuat Şurasının nizamnaməsinə dəyişikliklərin qəbul ediləcəyini və təşkilatın rəhbərliyinin seçiləcəyini vurğulayıb.