Bakıda gənclər təşkilatlarının ikinci sərgisi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi məlumat verilib.
İyunun 13-də keçiriləcək sərgidə dövlət qeydiyyatından keçən 80 gənclər təşkilatı iştirak edəcək. Sərgidə hər iştirakçıya 8 kv. metr sahə ayrılacaq. Təşkilatlar burada fəaliyyətlərilə bağlı filmlər, bukletlər, nəşr etdirdikləri kitablar, eləcə də həyata keçirilən uğurlu layihələri nümayiş etdirəcəklər.
Sərgidə məqsəd gənclər təşkilatlarının fəaliyyətinin təbliğ olunması və gənclərin ictimai fəaliyyətə cəlb olunmalarını stimullaşdırmaqdır.