Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90 illik yubleyi münasibətilə iyunun 26-da keçiriləcək hərbi paradda müxtəlif qoşun növlərinin şəxsi heyətinin 4,5 mindən çox hərbçisi iştirak edəcək. Bu barədə çərşənbə günü Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, paradda 210 ədəd müasir hərbi texnika nümayiş olunacaq. Bundan əlavə, tədbirdə 19 vertolyot, 25 təyyarə, eləcə də 31 hərbi gəmi və kater iştirak edəcək.
Paradın yerli vaxtla səhər saat 10:00-da başlaması planlaşdırılır.