ABŞ-ın məqsədi Rusiyanı Cənubi Qafqaz regionundan çıxışdırmaq deyil. Bu barədə ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək üzrə müavini Devid Kramer bəyan edib.
“Bizim regiondakı siyasətimiz Rusiyaya qarşı yönəlməyib. Hətta Rusiyanı regiondan sıxışdırmaq istəsəydik belə, bunu edə bilməzdik”,-deyə D.Kramer çərşənbə günü İrəvanda mətbuat konfransında bildirib.
“Ölkələr və regionlarla münasibətlərdə qalib və ya məğlub olmamalıdır. Biz ölkələrin və regionların həm Birləşmiş Ştatlarla, həm də Rusiya ilə sıx əlaqələrə malik olmasına önəm veririk. Şimali Atlantika alyansı ilə əlaqələrini möhkəmləndirmək istəyən ölkələr bunu edə bilərlər. Çünki biz Gürcüstanla Ukraynanın NATO-ya daxil olmaq niyyətini təqdir edirik”,-deyə o vurğulayıb.
D.Kramer deyib ki, ekstremizm, terrorizm və nüvə silahının yayılmasına qarşı mübarizə sahəsində ABŞ və Rusiyanın məqsədi üst-üstə düşür. “Bundan əlavə, ABŞ ATƏT-in Minsk Qrupu çərçivəsində Rusiya ilə fəal əməkdaşlıq edir. Odur ki, biz necə inkişaf etdirməyi və fəaliyyət göstərməyi ölkələrə diqtə etməməliyik”,-deyə D.Kramer bildirib.