ABŞ prezidenti Corc Buş Pekində Olimpiadanın açılış mərasimində iştirak etmək niyyətindədir. Bu barədə Ağ evin nümayəndəsi Dana Perino məlumat verib. Onun sözlərinə görə, ABŞ prezidenti hər zaman Olimpiadaya siyasiləşdirilməməli olan idman tədbiri kimi baxıb.
C.Buş Pekinə səfəri zamanı ÇXR sədri Xu Tszintao ilə görüşməyi planlaşdırır.
ABŞ prezidenti Asiya turnesi çərçivəsində avqustun əvvəlində Cənubi Koreya və Tailanda da səfər edəcək.