“Format-qrup” MMC (Azərbaycan) barium-sulfat, metal ağırlaşdırıcılar, tözşəkilli betonit gil və söndürülməmiş əhəng istehsalı ilə məşğul olan “Bakı Agırlaşdırıcılar” SC-nin səhmlərinin 99,59%-nin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Əmlak Komitəsindən məlumat verilib.
“Format-qrup” MMC “Bakı Agırlaşdırıcılar” SC-nin 947 587 səhmini alıb. Şirkət bir il ərzində bu müəssisənin inkişafı üçün 1,65 mln. manat məbləğində investisiya qoymağı üzərinə götürüb. Bu vəsait agırlaşdırıcılar istehsalını nəzərdə tutan istehsalat sahələrinin genişləndirilməsinə, həmçinin yenidən qurulmaya, müasir standartlara cavab verən yeni avadanlıq və texnologiyaların alınmasına, quraşdırılmasına və sosial tədbirlərin həyata keçiirlməsinə sərf olunacaq. Sonda bütün bunlar müəssisənin yüksək keyfiyyətli məhsul buraxmasına imkan yaradacaq”,-deyə komitədən qeyd olunub.
“Format-qrup” MMC həmçinin 60 gün ərzində səhmlərə görə dövlət büdcəsinə 405 min manat və “Bakı Agırlaşdırıcılar” SC-nin hesabına bəyan edilmiş investisiya həcminin 5%-ni köçürməlidir. Bundan əlavə, MMC 90 gün ərzində hesabdan silinmək üçün 25,5 min özəlləşdirmə çekini təqdim etməlidir.
“Bakı Agırlaşdırıcılar” SC Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşir. Müəssisə 1946-cı ildə istismara verilib və 11 ha sahəni əhatə edir. Müəssisədə 55 adam işləyir.
2008-ci il mayın 1-nə olan məlumata görə, SC-nin öhdəlikləri 24,585 min manat, debitor borcları 758,779 min manat təşkil edir.
2008-ci il mayın 1-nə olan məlumata görə, SC-nin nizamnamə kapitalı 1 mln. 903,032 min manat təşkil edib. Nizamnamə kapitalı 2 manat nominalda adi səhmlərdən ibarətdir.