Gəncənin 17 orta məktəbinə istilik sistemi çəkiləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna Gəncə şəhər Təhsil İdarəsinin rəisi Mahal Əliyev məlumat verib.
“Ötən il Gəncənin 7 orta məktəbində qazanxana tikilib. Cari ildə onların sayı 17-dək artacaq. Bütün işləri Təhsil Nazirliyi maliyyələşdirir” -deyə M. Əliyev bildirib.
2008-2009-cu tədris ilinin əvvəlinə qədər beş məktəb təmir olunacaq, ikisi tikiləcək.
Gəncədə 46 orta məktəb fəaliyyət göstərir.