Peterburqun Neva rayonunda dağıstanlılarla azərbaycanlılar arasında böyük davanın qarşısı alınıb. Bu barədə “İnterfaks” agentliyinə bazar ertəsi hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
“Neva rayon milisinə Lesozavodsk küçəsindəki “Kurakina daça” kafesində təxminən 50 nəfərin münasibətlərini aydınlaşdırmağa başladıqları barədə məlumat verilib”, - deyə mənbə bildirib.
Onun sözlərinə görə, hadisə yerinə gələn milis davanın qarşısını alıb. “İlkin məlumata görə, münaqişə qadın üstündə baş verib”, - deyə o əlavə edib.
Araşdırma aparılır.