“Nikoyl lizinq şirkəti” Azərbaycanda üç yeni pərakəndə lizinq məhsulu buraxır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Müəssisə və fərdi sahibkarlar avtonəqliyyat və xüsusi texnika, avadanlıq və kommersiya daşınmaz əmlakını lizinqə götürmək imkanları əldə edəcəklər”,-deyə şirkətin nümayəndəsi bildirib.
Avtonəqliyyat və xüsusi texnika lizinqi sahəsində bir layihə üçün döpd il müddətinə $500 min, avadanlıq lizinqi üçün $500 minə yaxın, kommersiya daşınmaz əmlakının lizinqi üçün $750 minədək vəsait ayrıla bilər.
“Nikoyl lizinq şirkəti” 2007-ci ilin dekabrında təsis edilib. Şirkətin nizamnamə kapitalı 100 manata bərabərdir və onun yeganə səhmdarı “Uralsib lizinq şirkətidir”. Şirkətin əsas fəaliyyət istiqamətləri inşaat, maşınqayırma, metallurgiya, YEK, səhiyyə sahələrində istifadə olunan avadanlıq və nəqliyyat vasitələrinin lizinqə verilməsidir.
Şirkətin baş direktoru Maksim Anisimova istinadən verilən məlumata görə, “Uralsib” “Nikoyl lizinq şirkəti”nə lizinq əməliyyatlarının maliyyələşdirilməsi üçün $20 mln. məbləğində limit ayırıb.