Müdafiə naziri Səfər Əbiyev Çin Müdafiə Nazirliyinin xarici əlaqələr üzrə dəftərxana rəisinin müavini, general-mayor Din Tsinqunu qəbul edib. Bu barədə nazirliyin mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumatda deyilir.
Görüşdə ölkələr arasında əlaqələrin səviyyəsi, o cümlədən hərbi əməkdaşlıq sahəsində müsbət təcrübəyə dair geniş fikir mübadiləsi aparılıb.