Rumıniya prezidenti Trayan Besesku Azərbaycana işgüzar səfərə gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Rumıniya səfirliyindən məlumat verilib.
Çərşənbə günü Bakıya səfərə gəlmiş Rumıniya prezidentini xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər qarşılayıblar.
Bakı hava limanının ali qonaqlar üçün nəzərdə tutulmuş zalında T.Besesku və E.Məmmədyarov arasında qısa protokol söhbəti aparılıb.
Rumıniya prezidentinin cümə axşamı prezident İlham Əliyevlə görüşündə ikitərəfli əməkdaşlıq məsələlərinin, eləcə də regionda vəziyyətin müzakirə olunacağı gözlənilir.