Rusiya ilə Qərb arasında qarşıdurma yaranacağı halda Rusiya uduzacaq. Polşanın xarici işlər naziri Radoslav Sikorski belə hesab edir.
"Birləşmiş Avropa 10 dəfə Rusiyadan varlıdır, ABŞ-la birlikdə isə biz ondan 20 dəfə varlıyıq. Mən Rusiyanın Qərblə əməkdaşlığı və inteqrasiyanı genişləndirməsinə üstünlük verərdim, lakin qarşıdurmanın baş verəcəyi halda o yenə də uduzacaq", - deyə Polşanın “Dzennik” qəzeti çərşənbə günü nazirin dediklərindən sitat gətirir.
Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması ilə əlaqədar R.Sikorski Polşanını əvvəlki kimi Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyib.