Prezident İlham Əliyev və Rumıniyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixay Unqureanu çərşənbə günü Bakıda iki ölkənin təhlükəsizlik sahəsində əməkdaşlığını müzakirə ediblər.
Prezidentin İcra Aparatından “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, görüşdə İ.Əliyev bu yaxınlarda Bakıda Rumıniya prezidenti Trayan Besesku ilə görüşünü xatırladıb və qeyd edib ki, bu danışıqlar qarşılıqlı əlaqələrin genişləndirilməsi baxımından məhsuldar olub.
Rumıniya ilə çoxtərəfli əməkdaşlığın uğurlu olduğunu deyən dövlət başçısı regional təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində ikitərəfli qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb.
Öz növbəsində, M.Unqureanu təhlükəsizlik sahəsində ikitərəfli əlaqələrin mövcud inkişafından razılığını bildirib və Azərbaycana səfərinin bu əlaqələrin daha da mökəmlənməsinə imkan verəcəyinə əminlik ifadə edib.