İlk dəfə olaraq azərbaycanlı cazmenlər əməkdar artist Salman Qəmbərovun rəhbərliyi ilə “Bakustik-caz” qrupunun tərkibində Almaniyada keçirlən festivalda konsertlərlə çıxış edəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turzm Nazirliyindən məlumat verilib.
"Bakustik-caz" sentyabrın 25-27-də Berlin və Bonnda konsertlər verəcək, Bonnda hər il keçirilən festivalda iştirak edəcək.
Qrupla yanaşı festivala caz müğənnisi Fəridə Məmmədova da gedəcək.
"Bakustik-caz" şərq üslubunda mahnılar, həmçinin alman klassikası ilə cazın sintezini ifa edəcək.
Bundan əlavə, “Lətif” səssiz filminə müsiqili layihə təqdim etmək planlaşdırılır.