“Azərenerji” SC 2008-ci ilin yanvar-iyul aylarında elektrik enerjisindən istifadənin pozulması ilə bağlı 12 mindən çox akt tərtib edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə idarənin mətbuat xidmətindən məlumat verilib.
"2008-ci ilin yanvar-iyul aylarında elektrik enerjisindən istifadəyə görə qanun pozuntusu faktları üzrə keçirilən reydlər əsasında 12 mindən çox akt tərtib olunub. Bu yoxlamalar nəticəsində pozuntuya yol verənlər saatda 56,3 mln. kVt elektrik enerjisindən qanunsuz istifadəyə görə 3,4 mln. manat məbləğində cərimə olunub", - deyəı SC-nin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, bu ilin iyul ayında «Azərenerji” SC elektrik enerjisindən qanunsuz istifadə ilə bağlı 1,48 min fakt aşkar edib ki, bu da iyun ayı ilə müqayisədə 330 pozuntu çoxdur. "İyul ayında pozuntuya yol verənlərdən 7 mln. kVt/s elektrik enerjisindən qanunsuz istifadəyə görə 422 min manat məbləğində cərimə alınıb.
"Azərenerji" SC Bayva Energy şirkətinin Azərbaycanın qərb və cənub regionlarının enerji paylayıcı şəbəkələrinin idarə olunması haqqında müqavilədən imtina etməsi ilə əlaqədar 2006-cı ilin oktyabrında bu şəbəkələrə nəzarəti öz üzərinə götürüb.
"Azərenerji" SC enerji təchizatı üzrə 5 regional müəssisəni birləşdirən “Regional enerji təchizatı” MMC yaradıb.