Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2008-ci ilin yanvar-avqust aylarında 5 mln. 776,81 min ton neft hasil edib ki, bu da 2007-ci ilin müvafiq dövrünün göstəricisindən 1,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ARDNŞ-in mətbuat xidmətindən məlumat verilib.
ARDNŞ-in neft-qazçıxarma idarələri 4 mln. 947,47 min ton (azalma 1,6%), Azərbaycanın quru ərazisindəki yataqları işləyən birgə müəssisələr və əməliyyat şirkətləri 829,34 min ton neft (azalma 3,3%) hasil ediblər.
ARDNŞ neft hasilatının ümumi həcmindən 4 mln. 863,86 min ton nefti emala (azalma 3%), qalan nefti ixraca göndərib. Hesabat dövründə NQÇİ-in 4 mln. 810,44 min ton və BM və ƏŞ-in 53,42 min ton nefti emala göndərilib.
ARDNŞ-in proqnozlarına görə, bu il şirkət üzrə neft hasilatı 8,7 mln. ton səviyyəsndə planlaşdırılır. Bura NQÇİ-nin hasil etdiyi 7,43 mln. ton və BM və ƏŞ-nin 1,27 mln. ton nefti də daxildir. ARDNŞ 2008-ci ildə NQÇİ-nin 7 mln. 380 min ton və BM və ƏŞ-nin 250 min ton nefti də daxil olmaqla 7 mln. 630 min ton nefti emala göndərmək niyyətindədir.
Azərbaycanın quru ərazisində neft və qaz hasilatı ilə cəmi 5 ƏŞ: “Salyan Oil Ltd” (SOL, “Kürsəngi” və “Qarabağlı” yataqlarını işləyir), “Karasu Oрerating Comрany” (KOC –“Kəlaməddin” və “Mişovdağ”), “Gobustan Operating Company” (“Cənub-Qərbi Qobustan”), “Binagadi Oil” (Binəqədi) və “AzShengli” (Pirsaat) və 3 BM- “ANSHAD Petrol” Azərbaycan-Malayziya-Türkiyə şirkəti (Neftçala”), “AzGerneft” Azərbaycan-Almaniya şirkəti (“Ramana”) və “Shirvanoil” Azərbaycan-Britaniya şirkəti (“Şimali Gürovdağ”, “Mərkəzi Gürovdağ” və “Cənubi Gürovdağ”) məşğul olur.