Azərbaycan diasporunun İsraildəki nümayəndələrinin namizədliyi bu ölkənin iki şəhərinin rəhbəri vəzifəsinə irəli sürülüb.
«İsraildə sentyabrın 11-də keçiriləcək bələdiyyə seçkilərində bizim iki həmyerlimiz – Azərbaycandan İsrailə köçən Adam Amilov və Mixemia Mixailli namizəd qismində iştirak edəcəklər»,-deyə “İnterfaks-Azərbaycan” agentliyinə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirilib.
M. Mixaillinin namizədliyi Akko şəhərinin meri vəzifəsinə, A.Amilovun namizədliyi Kiryat Yam şəhər merinin müavini vəzifəsinə irəli sürülüb.
Bu şəhərlər Azərbaycandan olan mühacirlərin kompakt yaşadıqları yerlərdir.
А.Amilov və М.Mixailli Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (AzIs) vitse-prezidentləridirlər.