“Texnikabank” Qaradağda filialını açıb. Bu barədə bankın saytında məlumat verilir.
Bu, bankın 36-cı filialıdır. Filial şəbəkəsinin genişləndirilməsi 2004-2008-ci illərdə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilir.
Əvvəlki filiallar kimi yeni filial da fiziki şəxslər və korporativ müştərilər üçün pul köçürmələri, cari hesabların açılması və onların idarə edilməsi, əmanətlərin qəbulu, kredit və lizinq əməliyyatlarının aparılması, kommunal və kommunikasiya xidmətlərinin ödənilməsi üzrə xidmətlər göstərəcək.
“Texnikabank” 1994-cü ildə yaradılıb. Hazırda bankın majoritar səhmdarı World Wines şirkətidir (səhmlərin 75%).
“Texnikabank” 2007-ci ilin yekunları üzrə “İnterfals-İTM”in hazırladığı “İnterfaks-1000”: MDB bankları” renkinqində aktivlərinin həcminə görə MDB bankları sırasında 238-ci, Azərbaycanın 46 bankı sırasında 4-cü yeri tutub.