Bakının Qaradağ rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə respublika DİN-dən məlumat verilib.
“Ötən çərşənbə günü iki nəfərin – sürücü və sərnişinin ölümü ilə nəticələnən yol hadisəsi baş verib”,-deyə çərşənbə günü DİN mətbuat xidmətindən bildirilib.
Bakı sakini Hörmət Fərziyevin idarə etdiyi “VAZ-2106” avtomobili Türkiyə vətəndaşı Korba Asim Xəlilibrahimlinin idarə etdyi avtomobillə toqquşub. Nəticədə H.Fərziyev və onun sərnişini, Lənkəran şəhər sakini Zaur Rəhimov həlak olublar.
Fakt üzrə Qaradağ payon Polis İdarəsi istintaq aparır. Qəzanın səbəbləri araşdırılır.