Azərbaycan Dövlət İqtisad Universitetinin SIFE beynəlxalq təşkilatının (Students in free enterprise) tələbə biznes oyunu üzrə komandası biznes oyunu üzrə dünya çempionatında iştirak edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə günü SIFE-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
«Azərbaycan çempionatının qalibi olan İqtisad Universitetinin komandası SIFE üzrə dünya çempionatında iştirak etmək üçün sentyabrın 29-da Sinqapura yola düşəcək»,- deyə mənbə bildirib.
O qeyd edib ki, 16 nəfərdən ibarət komandaya oyunçularla yanaşı, biznes strukturların nümayəndələri və bir jüri üzvü də daxil olub.
Çempionat oktyabrın 1-3-də Sinqapurda keçiriləcək.