Ağır Cinayətə dair İşlər üzrə Məhkəmə İran vətəndaşının barəsində narkotik vasitələrin satışı ittihamı ilə bağlı hökm çıxarıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə məhkəmədən məlumat verilib.
“Hakim Fikrət Qəribovun sədrliyilə məhkəmə İran vətəndaşı Əmir Pur Bərhuzu 10 il azadlıqdan məhtum edib. O, böyük miqdarda narkotik vasitənin satışında təqsirli bilinir”,-deyə şənbə günü məhkəmə katibliyindən bildirilib.
Cinayət materiallarına görə, Azərbaycanın hüquq-mühafizə orqanları bu ilin mayında Gəncə şəhərində İran vətəndaşı 3,5 kq. marixuana satmağa cəhd göstərərkən saxlayıblar.