Azərbaycan Beynəlxalq Bankı (ABB) 2008-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 53,8% – 4 mlrd. 171,635 manat məbləğində artırıb. Bu barədə bankdan məlumat verilib.
2008-ci il oktyabrın 1-nə qədər ABB-nin kredit portfeli 2 mlrd. 751,568 manat (artım 46,1%) təşkil edib. ABB-nin ölkə bazarındakı payı 42%, depozitləri 2 mlrd. 384,898 manat (artım 48,7%), o cümlədən əhalinin əmanətləri 478,816 mln. manat (artım 28%) təşkil edib.
Hesabat dövründə bankın gəlirləri 287,331 mln. manat, xərcləri 206,709 mln. manat, vergidən əvvəlki mənfəəti 80,622 mln. manat olub.
Azərbaycan Beynəlxalq Bankı respublikanın ən böyük bankıdır. Bank 1992-ci ildə səhmləşdirilib və Maliyyə Nazirliyinin timsalında dövlətin idarəçiliyi altındadır. Bankın nəzarət səhm paketinin 50,2%-i Maliyyə Nazirliyinə, 10%-i bank əməkdaşlarına, 40%-ə qədəri isə özəl şəxslərə məxsusdur.
ABB 2007-cı ilin yekunları üzrə “İnterfaks-İAM”in hazırladığı “İnterfaks-1000”: MDB bankları” renkinqində aktivlərinin həcminə görə MDB bankları sırasında 53-cü, Azərbaycanın 46 bankı sırasında 1-ci yeri tutub.