Cənubi Qafqazda baş verən son hadisələr Avropa Birliyinin bu bölgəyə marağını artırıb. Bu barədə AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla bir gün əvvəl Bakıda keçən görüşündə bəyan edib. XİN mətbuat xidmətinin məlumatına görə, dondurulmuş münaqişələrin həllinin əhəmiyyətini vurğulayan P.Semnebi Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların vəziyyəti ilə maraqlanıb.
Öz növbəsində, E. Məmmədyarov Qarabağ probleminin yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində həllinin mümkünlüyünü bəyan edib. Ermənsitan Silahlı Qüvvələrinin bu zonadan çıxarılmasının vacibliyini vurğulayan nazir bildirib ki, bundan sonra kommunikasiyaların bərpası, münasibətlərdə inamın qurulması və əməkdaşlıq mümkün olacaq. Nazir qeyd edib ki, bu mərhələli qərar hər iki tərəfə xeyir gətirəcək və bölgədə səmərəli əməkdaşlıq üçün zəmin yaradacaq.