Yaponiya polisi Tokiodakı imperator sarayını əhatə edən çuxurda çimmiş britaniyalı turisti cinayət məsuliyyətinə cəlb etməyəcək. Bu barədə EFE agentliyinə polisdən məlumat verilib.
Polisin bəyanatına görə, bir neçə ispanla birlikdə Yaponiyaya səyahət edən 40 yaşlı britaniyalı saat yarım çuxurda çimib və daha sonra polisləri daşa basıb.
Turisti müşayiət edən ispanlardan birinin polisə bildirdiyinə görə, onun yol yoldaşının pul kisəsi çuxura düşüb. Çox güman ki, britaniyalı pasport və pulunu tapmaq üçün paltarlarını soyunaraq suya atılıb.
Turisti saxlamaq üçün Tokionun mərkəzində yerləşən imperator sarayına əlli polis və xilasedici göndərilib. Britaniyalı qayıqla ona yaxınlaşmağa çalışan polisləri daşa basıb. O, sudan çıxarkən saxlanılıb.
Polisdə sorğudan sonra britaniyalı buraxılıb və xəstəxanaya çatdırılıb. Burada ona tibbi yardım göstərilib. Daha sonra turist mehmanxanaya qayıdıb.