“Kapital bank” əhaliyə istehlak kreditlərinin verilməsini bərpa edib. Bu barədə bankın İdarə Heyətinin sədri Rauf Rzayev cümə axşamı brifinqdə bildirib.
"Biz 2008-ci il sentyabrın 4-dən bazarda yaranan əlveişsiz vəziyyələ bağlı istehlak kreditləşməsini dayandırmışdıq. Bununla yanaşı bank digər banklardan fərqli olaraq likvidliklə bağlı problemə malik olmayıb. Bir həftə əvvəl bizim tərəfimizdən əhaliyə istehlak kreditlərini verilişinin bərpası ilə bağlı qərar qəbul olundu, lakin ona hədd təyin ediləcək", - deyə R.Rzayev qeyd edib.
Onun sözlərinə görə, hazırda “Kapital bank”ın likvidliyi 75%, minimal tələblər üzrə 30% təşkil edir. Bununla yanaşı likvidliklə bağlı müsbət vəziyyət hazırda “Kapital bank”da yoxlama aparan Milli Bankın əməkdaşları tərəfindən də təsdiqlənib. Bankın perspektiv fəaliyyətinə toxunan R.Rzayev qeyd edib ki, bank əhalinin əmanətlərinin cəlb edilməsinə görə liderlik mövqeyini tutmağı qarşısına vəzifə qoyub. "Hazırda bu göstərici üzrə biz 6-7-ci yeləri tuturuq. Lakin nəzərə almaq vacibdir ki, bizim bank əhalidən əmanətləri cəmi 4,5 il əvvəl cəlb etməyə başlayıb.Lakin bizim məqsədimiz bazarın bu seqmentində birinci olmaqdır, çünki biz Əmanət Bankının varisiyik", - deyə o qeyd edib.
Bankın rəhbəri bildirib ki, bu məqsədlərə çatmaq üçün bank əhalinin əmanətləri üzrə dərəcələri bir neçə dəfə artırmağı planlaşdırır.
Bundan başqa, bank dekabradək öz prossesinqinin yaradılması ilə bağlı bütün təşkilati məsələləri başa çatdırmağı nəzərdə tutub. "Biz hazırda Visa International üzrə prossesinqin sertifikatlaşdırılmasını başa çatdırırıq və artıq noyabrda öz prossesinqimiz vasitəsilə xidmət göstərməyə başlayacağımıza ümid edirik. Bizim üçün bu çox vacibdir. Çünki hazırda dövriyyədə bankın 1,7 mln. plastik kartı var", - deyə o qeyd edib.
Onun sözlərinə görə, “Kapital bank” ipoteka kreditləşməsi üçün Qara dəniz Ticarət və İnkişaf Bankından alınan $12 mln. məbləğində kredit xəttini fəal şəkildə mənimsəyir. "Bu vəsaitdən biz artıq $7 mln. mənimsəmişik. Bundan başqa, ipoteka kreditləşməsi üzrə bəzi layihələrə baxılır. Bu kreditlər illik 12-13% dərəcə ilə veriləcək", - deyə o qeyd edib.
“Kapital bank” 2007-ci ilin yekunları üzrə “İnterfaks-İTM”in hazırladığı “İnterfaks-1000”: MDB bankları renkinqində aktivlərinin həcminə görə MDB bankları sırasında 302-ci, Azərbaycanın 46 bankı sırasında 6-cı yeri tutub.