Türkiyənin eks-prezidenti Süleyman Dəmirəl bazar ertəsi Azərbaycanın dövlət başçısı İlham Əliyevi prezident seçkilərində qələbə münasibətilə təbrik edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.
S.Dəmirəl telefon söhbəti zamanı İ.Əliyevə dost və qardaş Azərbaycan xalqının çiçəklənməsi naminə dövləti fəaliyyətində uğurlar arzulayıb.