ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama və onun keçmiş rəqibi Con Makkeyn bazar ertəsi keçirdikləri görüşdə Amerika vətəndaşlarına vəd ediblər ki, “yeni islahatlar dövrünü açmaq” və hökumətə olan etimadı bərpa etmək üçün əməkdaşlıq edəcəklər. Bu barədə ABŞ KİV-i xəbər verir.
Seçkilərdən sonra ilk dəfə görüşən keçmiş rəqiblər bəyan ediblər ki, mövcud maliyyə-iqtisadi böhranı kimi mürəkkəb məsələlərin həllində ikipartiyalı yanaşmaya tərəfdar olacaqlar.
"Ümid edirik ki, biz qarşıdakı günlərdə və aylarda maliyyə böhranı ilə mübarizə, yeni energetikanın yaradılması və milli təhlükəsizliyin təmin olunması kimi vacib məsələlərin həlli üzərində birgə işləyəcəyik", - deyə görüşün yekunları üzrə birgə bəyanatda deyilir.Görüş başa çatdıqdan sonra B.Obama bildirib ki, Respublikaçılar Partiyasının nümayəndələrinə bir sıra postlar təklif edəcək.