ABŞ dövlət katibinin demokratiya və insan haqları məsələləri üzrə köməkçisi Devid Kramer çərşənbə axşamı ikigünlük səfərlə Azərbaycana gəlir. Amerikanın Bakıdakı səfirliyinin məlumatına görə, Azərbaycan rəhbərliyi, siyasi xadimlər və vətəndaş cəmiyyətinin nümayəndələri ilə söhbət zamanı “məsələlərin geniş dairəsi”, xüsusilə demokratiya və insan haqları, azad toplaşma, KİV və dini etiqad məsələləri müzakirə ediləcək.
ABŞ səfirliyinin məlumatında D.Kramerin Azərbaycana sonuncu səfərinin bu ilin iyununda baş tutduğu xatırlanılır. «Azərbaycanda demokratik islahatların dəstəklənməsi ABŞ siyasətinin prioritetidir. Dövlət katibinin köməkçisi Kramerin səfəri prezident İlham Əliyevlə Birləşmiş Ştatlar arasında 2006-cı ilin dekabrında təməli qoyulan dialoqlar seriyasını davam etdirir», - deyə məlumatda bildirilir.