Hüquq-mühafizə orqanları ötən həftə ərzində əvvəllər axtarışda olan 69 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DİN-dən məlumat verilib.
Bundan əlavə, hesabat dövründə bir nəfər intihar edib, bədbəxt hadisələr nəticəsində səkkiz nəfər həlak olub, üçü bədən xəsarəti alıb. Səkkiz yanğın hadisəsi nəticəsində iki nəfər xəsarət alıb.
Qətldə şübhəli bilinən yeddi, qətlə cəhddə və qəsdən bıçaq yaraları yetirməkdə şübhəli bilinən 10, qarət və soyğunçuluqda şübhəli bilinən 16 və oğurluqda şübhəli bilinən 15 nəfər saxlanılıb.
Qanunsuz silah və döyüş sürsatlarının müsadirəsi ilə bağlı 11 fakt qeydə alınıb.